00:00:00
Yazar
Admin User
21.11.2025 13:25 122 2 dəq oxuma
Dünya

ABŞ-nin sülh planı Ukraynanı çətin seçim qarşısında qoyub

ABŞ-nin sülh planı Ukraynanı çətin seçim qarşısında qoyub

ABŞ-nin Ukrayna ilə bağlı sülh planı tərəflər arasında ciddi fikir ayrılığı yaradıb. Müharibə davam etdiyi üçün güzəşt ehtimalı azdır. Ukrayna bəzi ərazilərdən imtina tələblərini qəbul etmir, bu da danışıqları dalana salır. Daxili siyasi gərginlik və sanksiyalar fonunda vəziyyət çətin olaraq qalır və yaxın aylarda böyük dəyişiklik gözlənilmir.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ-nin Ukrayna ilə bağlı sülh planı qlobal müzakirələrə səbəb olub:

 

“Çünki, təbii ki, hər ölkə bu məsələyə öz mövqeyindən yanaşır. Buna görə də sülh planı ətrafında müxtəlif fikirlər var. Vaşinqtonun rəsmi sülh planı hələ müharibənin başa çatmaması və bölgədə ciddi risklərin olması faktını əks etdirir. Vaşinqton artıq bir neçə istiqamətdə münaqişəni idarə etmək üçün müəyyən addımlar atıb. Bu səbəbdən, yaxın gələcəkdə bu istiqamətdə yeni bir sülh təşəbbüsünün başlanacağı ehtimal olunur və bu niyyətlə davam edəcək. ABŞ-Ukrayna münasibətləri göstərir ki, müharibənin humanitar və hərbi təsirini azaltmaq üçün diplomatik kanallar açmaq zəruridir. Əksinə, Vaşinqtonun rəsmi sülh planı Ukraynanı müharibəyə məcbur etmir. Əksinə, bu plan uzunmüddətli çəkindirici razılaşmaların yaradılmasının və qarşıdurmanın eskalasiyasının qarşısının alınmasının vacibliyini vurğulayır. Sanksiyalara gəlincə isə, bu sanksiyalar qısamüddətli dövrdə müharibənin gedişinə təsir edə bilsə də, onları uzunmüddətli həll yolu kimi dəyərləndirmək olmaz. Çünki qısa müddətdə Rusiyanın hərbi strategiyasını köklü şəkildə dəyişmək mümkün deyil. Bu sanksiyaların təsiri üçün müəyyən vaxt tələb olunur. Buna baxmayaraq, qısamüddətli dövrdə bu sülh planı ətrafında danışıqların və diplomatik kanalların açılması mühümdür. Gələcək danışıqlarda sanksiyalar tərəflərin mövqeyinə təsir edə biləcək əsas amillərdən biri olaraq qalacaq. Lakin uzunmüddətli sülh planı ətrafında aparılan müzakirələr bölgədəki risklərin azalmasına və yeni, müstəqil təhlükəsizlik arxitekturasının formalaşmasına kömək edə bilər. Bu yanaşma artıq ABŞ-nin uzunmüddətli strategiyasında özünü göstərir. Yəni bu istiqamətdə təqdim olunur”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər