00:00:00
Yazar
Admin User
21.11.2025 10:12 99 1 dəq oxuma
Dünya

ABŞ-nin sülh planını təsdiqləmədik

ABŞ-nin sülh planını təsdiqləmədik

ABŞ-yə səfərim zamanı Prezident Donald Trampın sülh planını müzakirə etdik.

 

"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov deyib.


Umerov bildirib ki, Ukrayna hələlik plana razılıq verməyib və hazırda danışıqlar aparılır:


“ABŞ-yə işgüzar səfərim zamanı mənim vəzifəm texniki idi: görüşlər təşkil etmək və dialoq hazırlamaq. Heç bir qiymətləndirmə və ya heç bir məqam təsdiqlənməyib. Bu mənim səlahiyyətlərimə aid deyil və prosedur qaydalarına uyğun deyil. Dünən Ukrayna prezidenti Trampın səlahiyyət verdiyi Amerika nümayəndə heyəti ilə söhbət edib. Bu gün bu iş Kiyevdə komandalar arasında texniki səviyyədə davam edir. Tərəfdaşlarımızın bütün təkliflərini diqqətlə öyrənirik və Ukraynanın mövqeyinə də eyni dərəcədə ədalətli yanaşma gözləyirik”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər