ABŞ-nin sanksiyaları qlobal bazarda gərginlik yaradıb
ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə görə Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoyl”a sanksiya tətbiq edib. Bu qərar neft qiymətlərinin təxminən 5 faiz artmasına, həmçinin Hindistan və Çində narahatlığa səbəb olub.
Trampın bu addımı Rusiyanın maliyyə mənbələrini sıxışdırmaq və Kremlin sülh razılaşmasına getməsini təmin etmək məqsədi daşıyır. Sanksiyalar nəticəsində Çin şirkətləri Rusiya neftinin alışını azaldıb, Hindistandakı emal zavodları isə idxalı məhdudlaşdırmağa hazırlaşır. Bu vəziyyət Rusiyanın neft gəlirlərini zəiflədib, qlobal bazarda alternativ tədarük axtarışını gücləndirib və qiymət artımını sürətləndirib. Rusiya yeni sanksiyaları səmərəsiz sayır və Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etmir. Avropa İttifaqı isə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya maliyyə dəstəyi ayrılması və Rusiyanın mayeləşdirilmiş təbii qazına qadağa qoyulmasını nəzərdə tutan 19-cu sanksiyalar paketini təsdiqləyib.
Reuters
Qəmər Kazımzadə