00:00:00
Yazar
Admin User
31.10.2025 06:06 142 2 dəq oxuma
Siyasət

ABŞ-nin siyasətini proqnozlaşdıra bilmirik

ABŞ-nin siyasətini proqnozlaşdıra bilmirik

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlayandan bəri Vaşinqtonun müxtəlif beynəlxalq siyasət məsələlərində mövqeyi gözlənilməz hala gəlib, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Britaniyanın "Ekonomist" jurnalına verdiyi müsahibədə deyib.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki , Tramp səhər bir qərar qəbul edib, axşama kimi onu bir neçə dəfə dəyişə bilər:

 

"Bu, müxtəlif mövzularda özünü göstərib — istər digər ölkələrə tariflərin tətbiqi, istərsə də müharibələrə və beynəlxalq münasibətlərə olan yanaşmasında. Avropa Birliyinə münasibətdə də Trampın bu qeyri-sabit davranışı dəfələrlə müşahidə olunub. Buna görə də Trampın növbəti addımını əvvəlcədən təxmin etmək Avropa Birliyi ölkələri üçün çətin məsələdir. Bu çətinliyin əsas səbəbi Avropa Birliyinin ABŞ-dən çox asılı olmasıdır. Əgər Avropa Birliyi bu asılılığı azaltsa və müstəqil siyasət yeritsəydi, Trampın hər açıqlamasına bu qədər diqqət yetirməz, öz siyasi kursunu sərbəst şəkildə həyata keçirərdi.Əgər Avropa kimi böyük dövlətlər öz siyasətlərini ABŞ prezidentinin açıqlamalarına əsasən formalaşdırırlarsa, bu artıq ciddi risk yaradır. Həmin risklər isə artıq mövcuddur.Birincisi, NATO-ya üzv olan Avropa ölkələrinin ümumdaxili məhsulunun 5 faizini müdafiə xərclərinə ayırmaq tələbi Avropa əhalisinin sosial-iqtisadi proqramlarına böyük maneələr yaradır. Bundan əlavə, Avropa Birliyi Ukraynaya hərbi yardım və silah tədarükü ilə bağlı böyük maliyyə çətinlikləri yaşayır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar isə enerji böhranına səbəb olub.Bundan bir neçə gün əvvəl Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə Tramp arasında bağlanan müqavilə də Avropa Birliyi üçün yeni risklər doğurdu. Qaz alışının şərtləri, ticarət tarifləri və digər güzəştlər məsələsində Avropa müəyyən itkilərlə üzləşib. Bu risklər təkcə iqtisadi sahədə deyil, həm də siyasi müstəvidə özünü göstərir.Nəticədə, Avropa Birliyi getdikcə ABŞ-dən daha çox asılı vəziyyətə düşür. Əgər iqtisadiyyat və tariflər Amerikadan asılı hala gəlibsə, bu, təbii ki, xarici siyasət kursuna da birbaşa təsir göstərir.Avropa Birliyi ilə ABŞ arasında əməkdaşlıq onsuz da çətin gedir. Əvvəllər Rusiya–Ukrayna müharibəsində Amerika birbaşa Ukraynaya pulsuz silah və maliyyə yardımı göstərirdi. Lakin Tramp dövründə ABŞ bu siyasətdən imtina edib. İndi Tramp bildirir ki, əgər Ukrayna silah istəyirsə, ABŞ silahları yalnız NATO ölkələrinə satacaq, onlar da alıb Ukraynaya verəcəklər. Bu yanaşma həm problemlər, həm də yeni risklər yaradır, əməkdaşlığı xeyli çətinləşdirir.Dünya mediası və siyasi ekspertlərin ümumi qənaətinə görə, Avropa Birliyi yeni formalaşan qlobal nizamda getdikcə masadan kənarda qalır. Birlik öz suverenliyini və müstəqil siyasət aparmaq imkanını itirir, nəticədə ABŞ-nin təsiri altına düşərək onun vassalına çevrilir".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər