00:00:00
Yazar
Admin User
19.09.2025 11:18 157 2 dəq oxuma
Siyasət

ABŞ prezidenti Donald Tramp antifaşist hərəkatı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp antifaşist hərəkatı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir

Tramp antifaşist hərəkatını terror təşkilatı kimi tanımaq niyyətindədir.


Məsələ ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, faşizmi bəşəriyyə yaxşı tanıyır. Alman faşizmi bəşəriyyətə 10 milyonlarla insanın ölümü ilə nəticələnən bir faciə gətirib:


“Faşizm ideologiyası bəşəriyyət üçün təhlükəli bir ideologiyadır. Bu harada olmasından asılı olmayaraq bəşəriyyət bu ideologiyanı vəd etməlidir. Çox təəccübləndirən bir məsələdir ki, faşizm əleyhinə hərəkət Birləşmiş Ştatlar tərəfindən terrorçu təşkilat kimi qiymətləndirmək niyyətindədirsə, bu kökündən yanlış fikirdir. Çünki faşizmə qarşı tənqidi çıxışlar və ona qarşı mövqe bildirənlərə qarşı hansısa Birləşmiş Millətlər siyasətində tənqid olunursa, bu o deməkdir ki, Tramp faşizmi dəstəkləməkdədir. Bu da ondan irəli gəlir ki, ABŞ dünyada faşiz ideologiyasına dəstək verməklə öz məqsədlərinə çatmaq istəyir.


Faşizm ideologiyası elə terrordur. Terrorun mahiyyəti nədir? Qorxu və dəhşət deməkdir. Görünür ki, ABŞ yeni bir taktika həyata keçirmək niyyətindədir. Dünyada faşizmi dəstəkləməklə yeni bir hərəkət başladır. Çünki ayrı-ayrı dövlətlərdə demokratiya adı altında dövlət çevrilişi edətək özlərinə münasib olan şəxsləri hakimiyyətə gətirərək həmin cəmiyyəti öz təsiri altına salır.


Ümumilikdə bütün bəşəriyyət faşizm ideologiyasını lənətləməli, ona qarşı çıxmalıdır. Elə Ukraynada baş verən hadisələri də Rusiyasın siyasi elitası faşizm adlandırdı. Hətta Odessada dinc əhalini Həmkarlar Təşkilatının binası salıb, yandırmaq da faşizmdir”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər