00:00:00
Yazar
Admin User
14.10.2025 19:16 129 2 dəq oxuma
Dünya

ABŞ Prezidenti Donald Tramp İsrail Knessetində çıxış edib

ABŞ Prezidenti Donald Tramp İsrail Knessetində çıxış edib

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yayımladığı Donald Trampın iş qrafikində qeyd olunub. ABŞ Prezidenti Qəzzada atəşkəs razılaşmasının imzalanması ilə əlaqədar Misirin Şərm əş-Şeyx şəhərində keçiriləcək mərasimdə də iştirak edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Hüseyinov bildirib ki,ABŞ Prezidenti Donald Trampın İsrail Knessetində çıxışı və onun ardınca Qəzzada atəşkəs razılaşması ilə bağlı mərasimdə iştirakı Yaxın Şərqdə uzun illərdir davam edən gərginlik fonunda diqqətlə izlənilən hadisədir:

 

"Trampın çıxışı bölgədə sülh prosesinə təsir göstərə biləcək bir məqam kimi qiymətləndirilir. ABŞ liderinin İsraildə səsləndirəcəyi mesajlar, həm İsrail hökumətinin, həm də Fələstin tərəfinin mövqelərinə təsir etmək gücünə malik ola bilər. Əgər Tramp balanslı və dialoqa yönəlik bir çıxış etsə, bu, tərəflər arasında etimad mühitinin bərpasına az da olsa stimul verə bilər.

 

ABŞ-nin Qəzzada atəşkəs razılaşmasına dəstək verməsi, beynəlxalq ictimaiyyətin bu prosesə inamını artıra bilər. Vaşinqtonun diplomatik və iqtisadi təsir imkanları nəzərə alınarsa, bu dəstək atəşkəsin daha uzunmüddətli və dayanıqlı olmasına şərait yarada bilər. Digər tərəfdən, ABŞ-nin regionda fəal iştirakı, humanitar yardımın təmin edilməsinə və mülki əhalinin müdafiəsinə də müsbət təsir göstərə bilər.

 

Trampın bu səfəri İsrail və Fələstin münasibətlərində yeni ümidlərin yaranmasına zəmin yarada bilər, amma bu ümidlərin reallaşması çox incə balans tələb edir. Çünki hər iki tərəfin illərlə formalaşmış qarşılıqlı etimadsızlığı hələ də qalmaqdadır. Buna baxmayaraq, ABŞ Prezidenti kimi güclü bir fiqurun bölgəyə səfəri və sülh çağırışları, ən azı dialoqun yenidən gündəmə gəlməsi üçün mühüm bir addım hesab oluna bilər. Bəzən sülh, böyük anlaşmalardan çox, kiçik, amma səmimi addımlarla başlayır. Trampın səfəri də bəlkə bu cür bir başlanğıca çevrilə bilər".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər