00:00:00
Yazar
Admin User
09.10.2025 03:15 47 1 dəq oxuma
Dünya

ABŞ Prezidenti İsrailə səfərə hazırlaşır

ABŞ Prezidenti İsrailə səfərə hazırlaşır

İsrail gələn həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampın mümkün səfərinə hazırlaşır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

 

Trampın özü Yaxın Şərqə oktyabrın 11 və ya 12-də səfər edə biləcəyini bildirsə də, hansı ölkə və ya ölkələrə səfər edə biləcəyini dəqiqləşdirməyib.

 

"Axios"un müxbiri Barak Ravid qeyd edib ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahunun dəvəti ilə yəhudi dövlətinin parlamenti olan Knessetdə çıxış etmək niyyətindədir.

 

Ağ Evin mətbuat katibi Karolin Livittin yaydığı bəyanatda deyilir ki, Donald Tramp oktyabrın 10-da illik fiziki müayinədən keçəcək və qısa müddət sonra Yaxın Şərqə yola düşəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər