ABŞ Prezidenti Tramp: “Kanada bizi aldadır!”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Oval Ofisdə açıqlamalar verib. Tramp, “Kanadanın bizə 200%-dən çox vergi tətbiq etdiyini görürük. Kanada bizi illərdir aldadır” ifadələrini işlədib.
ABŞ Prezidenti Donald Trampın açıqlamaları:
“Otomobil sektorunda təxminən 9000 yeni iş yeri yaratdıq. Avtomobil şirkətləri də yeni inkişaflardan məmnundurlar. Hazırda həyata keçirməyə başladıqları yeni planları var. Ancaq əvvəllər bunu gömrük vergiləri səbəbindən edə bilmirdilər. İndi irəli-geri getmək istəmirlər. Meksika körfəzi, Meksika sərhədi və Kanada sərhədi bizim üçün problem yaradırdı. İnkişaf etmiş kosmik texnologiyalar sahəsində də yeni iş imkanları yaradırıq. Avtomobil hissələrinin istehsalı sektorunda 9000 yeni iş yeri açılıb. Məsələyə sadə şəkildə baxsaq, bu, ABŞ üçün çox mühüm addımlardır".
“BAYDEN DÖVRÜNDƏ TƏRS GERİLƏMƏ BAŞ VERİB”
“Söhbət açdığım bu rəqəmlər cəmi bir ay ərzində əldə olunub. Uzun müddətdir bu cür inkişaf görmürük. Baydenin son ilində avtomobil sənayesində 27.000-dən çox iş itkisi yaşanıb. Bunlar çox mühüm sahələr idi, amma itirilib. Eyni zamanda, digər S&P istehsalçıları da Baydenin hökuməti dövründə daha pis vəziyyətə düşüb. Bayden dövründə bu sahədə geriləmə baş verdi. Ancaq mən indi yeni hökumət rəsmiləri təyin edirəm və özəl sektoru genişləndirirəm".
CNN Türk
Günel Verdiyeva