00:00:00
Yazar
Admin User
05.03.2025 16:53 149 1 dəq oxuma
Dünya

ABŞ prezidenti Tramp Zelenskidən məktub aldığını bildirib

ABŞ prezidenti Tramp Zelenskidən məktub aldığını bildirib

ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra Konqresin birgə iclasındakı ilk çıxışında Ukrayna lideri Zelenskidən danışıqlar masasına oturmağa hazır olduğunu bildirən məktub aldığını bildirib.

 

Ukrayna müharibəsi ilə bağlı ABŞ prezidenti, "Bu gün, ötən saatlarda Ukrayna lideri Zelenskidən mühüm məktub aldım”,-dedi.

Tramp Ukraynanın mədən müqaviləsini istənilən vaxt imzalamağa hazır olduğunu bildirdi:
"Eyni zamanda, ruslarla ciddi müzakirələr apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu, əla olmazmı?",- dedi.

Ukrayna lideri Zelenski də Trampın çıxışından saatlar əvvəl sosial media hesabında etdiyi paylaşımda Rusiya ilə müharibəyə son qoymaq üçün atılacaq addımları sadalayıb.

Zelenskinin bəyanatı ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarından sonra verilib.

 

Zelenski dedi:

"Mən davamlı sülh üçün prezident Trampın güclü rəhbərliyi altında komandamla işləməyə hazıram".

 

Ukrayna lideri əlavə edib ki, bu ilk addımlardan sonra onlar ABŞ ilə növbəti addımlar üzərində işləyəcək və güclü sülh sazişi əldə etməyi hədəfləyəcəklər. Müharibə boyu göstərdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edən Zelenski Kiyevin ABŞ-nin təklif etdiyi minerallarla bağlı sazişi imzalamağa “hazır” olduğunu bildirib. Zelenski bəyanatında ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmaq qərarına birbaşa toxunmayıb.

 

Mənbə: BBC News
Asiman Vəliyeva

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər