00:00:00
Yazar
Admin User
06.12.2025 09:02 98 1 dəq oxuma
Siyasət

“ABŞ prosesdə bir nömrəli oyunçudur”

“ABŞ prosesdə bir nömrəli oyunçudur”

“TRIPP (və ya Zəngəzur dəhlizi) layihəsinin strateji çərçivəsinin dəqiqləşdirilməsi istiqamətində fəal iş davam edir”.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın bu açıqlaması vəziyyəti dəyişməyəcək və görünən odur ki, onun elə bir niyyəti də yoxdur:


"Əlbəttə ki, razılaşmalar var, artıq qaranlıq heç bir məsələ yoxdur. Azərbaycanın mövqeyi nəzərə alınıb, Ermənistan bu dəhlizin açılmasına razılığını verib. ABŞ prosesdə bir nömrəli oyunçudur, Ermənistan da onun bu işi görməsi üçün hər cür şəraiti yaratmaqla bağlı öhdəlik götürüb. Yəni faktiki olaraq, maneələr haqqında danışa bilmərik. Sadəcə olaraq, oradan keçəcək yolların sıfırdan, bəzən tam olaraq və hətta tikilməsi qalır. Bu da prosesdir. İndi texniki dəyərləndirmələr aparılır, ABŞ-dən heyətlər gəlir Ermənistana, Ermənistandakı mütəxəssislərlə birlikdə dəyərləndirmələr aparırlar, ölçüb-biçirlər necə deyərlər və bəlli bir müddət sonra orada sürətli tikinti prosesi başlayacaq. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarının birində qeyd edib ki, 2028-ci ilin sonuna artıq o dəhliz işləməyə başlayacaq. Yəni maneə qaldığını artıq deyə bilmərik. Sadəcə tikib qurub istismara vermək lazımdır. Bunu da maneə saymırıq, bu təbii prosesdir”.


Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər