00:00:00
Yazar
Admin User
22.10.2025 04:31 194 1 dəq oxuma
Dünya

ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb

ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza zolağına yardım göstərmək və atəşkəsə əməl olunmasına nəzarət etmək üçün İsraildə koordinasiya mərkəzinin açıldığını elan edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə komandanlığın saytında yerləşdirilən məlumatında deyilir.

 

Komandanlıq qeyd edib ki, ABŞ əsgərləri Qəzzaya yerləşdirilməyəcək. Bunun əvəzinə onlar sektora humanitar və maddi-texniki dəstəyi, eləcə də beynəlxalq tərəfdaşların təhlükəsizlik yardımını asanlaşdıracaqlar.

 

"CENTCOM"un baş admiralı Bred Kuper bildirib ki, növbəti iki həftə ərzində amerikalı işçilər koordinasiya mərkəzinə gələrək tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları, beynəlxalq institutlar və özəl sektordan olan nümayəndələri ilə çalışacaqlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər