ABŞ “Ramştayn” formatındakı növbəti görüşü buraxa bilər
D.Trampın “Ramştayn” formatındakı görüşə getməməsini Zelenski heç xoş qarşılamadı.
Mövzu ilə bağlı “informator.az”a politoloq Sahil İskəndərov bildirir ki, Zelenskinin ABŞ dövlətinin növbəti “Ramştayn” görüşündə iştirak etmək fikrində olmaması bəyanatı yenilik deyil:
“Əslində artıq D.Tramp prezidentliyə başladığı zamandan bəri Vaşinqton bir növ Ukrayna hərbi yardımlarının ümumiyyətlə müxtəlif müstəvilərdə dəstəklər məsələsində kənara çəkilməyə başlayıb. Bu yükün daha çox məsuliyyətli məhz Avropa müttəfiqlərinin üzərinə qoymağa çalışır. Ona görə bu söhbət artıq çoxdan var. Zelenski burada olan ehtimalları bir növ təsdiqləyir və mesajını çatdırıb. Artıq Zelenski üçün heç də sirr deyil ki, NATO daxilindəki müttəfiqlər arasında müəyyən ziddiyətliklər var və bu ziddiyətliklər çoxdan mövcuddur. Bu ziddiyətliklər sözsüz ki, Ukrayna məsələsi ilə bağlıdır. Lakin bu heç o demək deyil ki, müttəfiqlər arasında böyük nifaq yaranacaq. Ziddiyətlər ondan ibarətdir ki, hələ Tramp birinci prezidentlik dönəmində əsas məsələ NATO-ya üzv olan ölkələrin məhsullarının 2%-ni hərbi xərclərə ayırma məsələdir və artıq 5%-dən söhbət gedir. Daha çox desək artıq tramp adminstrasiya ABŞ-nin Avropanın təhlükəsizlik yükünü öz üzərinə götürməkdən boyun qaçırır və bunu açıq şəkildə bildirir. Sözsüz ki, “Ramştayn” görüşündə ABŞ ilk dəfə iştirak etməməsi ehtimalı bu məsələdə də artıq müəyyən problemlərin yarandığından xəbər verir. Lakin bu o demək deyil ki, ABŞ NATO-nun üzvlüyündən çıxacaq. Son zamanlarda bu fikir bir çox bəyanatlarda çox səsləndirilir. Mən düşünürəm ki, ABŞ-nin NATO-dan çıxma məsələsi ağlasığmaz bir məqam ola bilər. Çünki, orada bir sıra geosiyasi məqamlar vardır ki, ABŞ-nin oradan çıxması NATO-nun dağılması ilə nəticələnə bilər. Mənim fikrimcə, D.Trampın bu hərəkətləri məhz Avropa İttifaqı ilə(Aİ) son illər apardığı siyasətə çox güclü zərbədir və çox haqlı bir zərbədir. Çünki, Aİ-nin son zamanlar apardığı siyasət daha çox qlobal liberarizmə dayanır. Bunu isə bəzi dövlətlər qəbul etmir".
Həmçinin politoloq öz şərhində söyləyir ki, bu bəyanat söyləməklə Zelenski bir növ Ukrayna xalqını artıq yaranmış mövcud vəziyyəti bir daha çatdırır:
“Son vaxtlar Rusiya Ukrayna ərazisində hücumlarını və zərbələrini artıq daha çox kəskinləşdirib. Zelenski çatdırmaq istəyir ki, bizim cəbhədəki uğursuzluqlar varsada bunun əsas səbəblərindən biri ABŞ kimi önəmli bir müttəfiqin Ukrayna məsələsində geri addım atmasıdır. Mən düşünürəmki, Zelenski zatən keçən ilin noyabr ayından bilirdiki, əgər Tramp hakimiyyətə gəlsə Ukraynaya münasibətdə siyasət necə dəyişə bilər. Bu da gözlənilməz deyil. Çox maraqlıdır ki, bir sıra Avropa dövlətlərinin və Fransada başda olmaqla konkret olaraq həm “Ramştayn” formatında, həm də digər müxtəlif formatlarda Ukraynaya istənilən qədər dəstək verəcək məsələsi çox gülünc bir bəyanatdır. Çünki, o dövlətlərin heç biri ABŞ-nin dəstəyi olmadan heç bir həlledici rol oynaya bilməzlər”.
Aysel Mirzəyeva