ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır
Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni plan hazırlamaq məqsədilə Moskva ilə gizli məsləhətləşmələr aparır və bu prosesə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ və Rusiya arasında Ukraynada savaşın dayandırılması ilə bağlı gizli danışıqların getdiyi və müəyyən bir planın hazırlanılması ilə bağlı iddialar gündəmdədir:
“Əslində bu iddialarda hansısa təəccüblü bir məqam axtarmaq məncə, doğru olmaz. Çünki bu ilin fevral ayından Rusiya və Amerika Birləşmiş Ştatları arasında Ukraynada savaşın dayandırılması ilə bağlı fəal danışıqlar getməkdədir. Bu müddət ərzində ABŞ Prezidenti Rusiya Prezidenti ilə beş dəfə telefon danışığı həyata keçirdi və onların görüşləri olub və bu görüşlərdə və telefon danışıqlarında da, Ukraynadakı vəziyyət ciddi şəkildə ələ alınıb. O cümlədən ABŞ və Rusiya arasında ikitərəfli münasibətlər də, müzakirə olunub. Əgər son dövrlərə qədər, yəni Alyaska görüşündən sonra Trampın və ABŞ nümayəndələrinin açıqlamalarına diqqət yetirsək, orada qeyd olunurdu ki, ABŞ-nin təklifi ondan ibarətdir ki, tərəflər hazırkı təmas xəttində dayanırlar və tərəflərin nəzarətində qalan ərazilər onların nəzarətində qalır və atəşkəs əldə olunur. Proses başlanır və ondan sonra təhlükəsizlik zəmanətləri və digər məsələlər öz həllini tapır. Rusiya tərəfinin bu məsələyə münasibəti kifayət qədər soyuqdur. Belə ki, Rusiya donmasının dörd vilayətinin işğal edilən hissəsindən başqa işğal etmədiyi hissələrinin də, ona verilməsini tələb edir. Təbii ki, bu da kifayət qədər ağır şərtdir və Ukrayna tərəfi heç bir halda buna razılıq verməyəcəyini bəyan edib və ABŞ tərəfi də, Ukraynanın bu mövqeyini nəzərə almaq məcburiyyətindədir və nəzərə alsaq ki, Ukraynanın bu mövqeyini birmənalı şəkildə Avropa İttifaqı və NATO-nun digər ölkələrini dəstəkləyirlər və məhz Ukraynada hal hazırda əsas dəstək məhz bu cinahdan gəlməkdədir. Amma bütün hallarda Tramp və Putinin keçən ayın sonunda planlaşdırılan Razılaşmış görüşünün təxirə salınması da, müəyyən ehtimallara yol açdı. Amma bütün bunlar, yəni Trampın Putinin davranışından narazılığı, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması və digər məsələlər, əlbəttə ki, Rusiyaya qarşı bir təzyiq vasitəsi idi və Rusiyada məhz danışıqlara bu addımlardan sonra hazır olduğunu bəyan edib. Bütün hallarda gərginliyə baxmayaraq, tərəflər arasında təmasların olduğu və danışıqların aparıldığı həqiqətdir və belə bir prosesə də, Trampın ən yaxın inanılmış adamlarından biri Stividkov rəhbərlik edir. Bu şəxs dəfələrlə Vladimir Putinlə danışıqlar aparıb".
Politoloq bu xəbərlərin yayılmasını normal qiymətləndirmir:
"Çünki ABŞ bütün cəhdlə bu savaşı durdurmaq niyyətindədir. Çünki ABŞ bu savaşı dayandıracaqsa, bundan ən azı öz maraqlarına uyğun istifadə etməyə çalışacaq və Rusiya ilə həm də, münasibətləri normallaşdıra bilər. O ki qaldı bu sülh planın hazırlanması və atəşkəsin əldə olunması sülh sazişinin imzalanması real ola bilərmi? Onu söyləmək çox çətindir. Hazırkı açıqlamalara diqqət yetirdikdə bu çox da real görünmür, amma heç də mümkün olmayacaq deyə bir şey yoxdur. Bu mümkün variantlardan biridir. Çünki Ukrayna tərəfi də əslində savaşın durmasında maraqlıdır. Sadəcə olaraq Rusiyanın şərtləri əsasında deyil, daha optimal şərtlər əsasında bu savaşın durmasını istəyir. Ukrayna Rusiya savaşının durdurulması, ilk növbədə Avropada təhlükəsizliyin təmin olunması məsələsidir. Eyni zamanda, bu razılaşma əldə olunacaqsa, Ukraynanın təhlükəsizliyi ilə bağlı konkret nəzarət mexanizmlərinin yaranması məsələsi ortada olacaq və belə olacağı halda Amerika Birləşmiş Ştatlarının geosiyasi dividendləri artacaq və onun super güc olaraq imkanları daha da, genişlənəcək. Həm Avropa, eyni zamanda, Rusiya ilə də münasibətləri normallaşdırmaqla, Amerika Birləşmiş Ştatları Çinlə gələcək rəqabətdə daha əlverişli şərtlər yaxalaya biləcək. O ki qaldı ABŞ-nin bu təşəbbüsü Ukraynanın mövqeyini zəiflədəcək, yaxud gücləndirəcək, əlbəttə, o baxır sülh planının tərkibinə, yəni bu sülh planının mahiyyəti nədən ibarətdir və Ukraynanın istəkləri əgər orada nəzərə alınacaqsa, xüsusilə də, atəşkəsin əldə olunması, təhlükəsizlik zəmanətlərinin verilməsi və bu kimi məsələlər ,yəni Ukraynanın qaldırdığı məsələlər öz həllini tapacaqsa, əlbəttə ki, bu, Ukraynanın maraqlarına uyğun olacaq. Yox, əgər Ukraynanın birmənalı şəkildə təslimiyyətçi sülhə vadar etmək cəhdləri olacaqsa, əlbəttə ki, bu, kifayət qədər ciddi etirazla qarşılanacaq və nəzərə almaq lazımdır ki, Ukraynanın mövqeyini də Avropanın aparıcı dövlətləri dəstəkləyir və onların da mövqeləri nəzərə alınmalıdır “.
Reyhan Quliyeva
