00:00:00
Yazar
Admin User
02.08.2024 17:03 357 1 dəq oxuma
Dünya

ABŞ Rusiyanın NATO-nun genişlənməsinə simmetrik cavab verməyə hazır olduğunu açıqlayıb

ABŞ Rusiyanın NATO-nun genişlənməsinə simmetrik cavab verməyə hazır olduğunu açıqlayıb

Rusiya və onun prezidenti Vladimir Putin NATO-nun ölkə sərhədlərinə qədər genişlənməsinə görə ABŞ-a simmetrik cavab verməyə hazırdır.  

 

"İnformator.az" "Lenta.ru"a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, Amerika Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Duqlas Makqreqor jurnalist Natali Brunelle ilə söhbətində deyib.

 

"Putin deyib: “Siz bizə nə etsəniz, biz də sizə edə bilərik”. O, bizə xəbərdarlıq edərək deyib: “Ukrayna, Qazaxıstan, Özbəkistan, Monqolustan və ya başqa bir ölkəyə gedib bizə zərər vermək istəsəniz, Meksikada sizə eyni cür cavab verəcəyik, Kubada və Venesuelada köhnə dostlarımız var” hərbi analitik deyib.

 

Onun sözlərinə görə, ABŞ resurs çatışmazlığını yaşayır və getdikcə dünyada vəziyyətə nəzarət edə bilmir.

 

Bundan əvvəl Fransa ordusunun ehtiyatda olan polkovniki Mişel Qoya bildirib ki, Rusiyanın iyulun 27-də Kubaya gəmilər göndərməsi Rusiyanın ABŞ və onun rəhbərliyi ilə münasibətlərə alternativ təklif etdiyini göstərir. O vurğulayıb ki, Moskva SSRİ-nin ərazisində hərbi bazalarını yerləşdirdiyi ölkələrlə münasibətləri bərpa edir.

 

Banuçiçək Kalbalıyeva 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər