00:00:00
Yazar
Admin User
29.06.2025 12:21 138 1 dəq oxuma
Dünya

ABŞ Rusiyaya qarşı “Paks-2” layihəsi üzrə sanksiyaları ləğv edib

ABŞ Rusiyaya qarşı “Paks-2” layihəsi üzrə sanksiyaları ləğv edib

 

ABŞ Rusiyaya qarşı “Paks-2” Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı tətbiq edilən bəzi sanksiyaları ləğv edib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

 

Nazirin sözlərinə görə, əvvəlki ABŞ administrasiyası (prezident Co Baydenin dövründə) Macarıstanı “düşmən” kimi görür və bu səbəbdən atom elektrik stansiyasının genişləndirilməsi layihəsi ilə bağlı sanksiyalar tətbiq etmişdi.


“Tramp hökuməti Macarıstanı dost kimi qəbul edir və sanksiyaları ləğv edərək layihənin irəliləməsinə imkan yaratdı”, – deyə Siyarto vurğulayıb

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər