ABŞ sülh üçün çalışır
ABŞ lideri israilli girovların ailələri ilə görüşüb və İsrail parlamentində çıxış edib.
Mövzu ilə bağlı politoloq İlkin Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın təşəbbüsü sülh üçün əvəssizdir:
“Birləşmiş Ştatların Yaxın Şərqdə, xüsusilə İsrail–Fələstin münaqişəsinin həllində rolu danılmazdır. Bu günki gündə atəşkəsin əldə olunması, girovların azad edilməsi və müharibə səbəbilə evlərindən didərgin düşmüş insanların geri qayıtması prosesi bütün bunlar keçmiş prezident Donald Trampın təşəbbüsü ilə baş tutub”.
Politoloq eyni zamanda açıqlamasında bildirib ki , İran terrorizmin sponsorudur:
“Digər tərəfdən, İran–Rusiya–Türkiyə münasibətləri bölgədə fəaliyyət göstərən terror təşkilatlarının, o cümlədən HƏMAS-ın İrana bağlıdır. İran terrorizmin sponsorudur. Türkiyənin İsraillə münasibətlərinin Fələstin məsələsinə görə gərginləşməsini isə düzgün hesab etmirəm. Çünki coğrafi baxımdan İsrail və Türkiyə bir-birinə yaxın deyillər. Aralarında Livan, Suriya və İraq kimi ölkələr var. Yəni bu məsələ İsrailin daxili məsələsidir və Türkiyənin Fələstin amilinə görə İsraillə əlaqələrini pozması düzgün deyil. ABŞ və İsrail isə artıq strateji tərəfdaşdırlar. Onlar arasında dərin hərbi və siyasi əməkdaşlıq mövcuddur və Trampın Yaxın Şərqə mümkün səfəri bu əlaqələri şübhəsiz daha da möhkəmləndirəcək”.
Bayramlı Zəri
