00:00:00
Yazar
Admin User
11.11.2025 14:56 219 2 dəq oxuma
Siyasət

ABŞ Sakit okeanda iki gəmiyə aviazərbə endirib

ABŞ Sakit okeanda iki gəmiyə aviazərbə endirib

Ötən gün Prezident Trampın əmri ilə terror təşkilatlarına məxsus iki gəmiyə aviazərbə endirilib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Sakit okean akvatoriyasında iki gəmiyə aviazərbə endirməsi yalnız hərbi əməliyyat deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasına yönəlmiş ciddi siyasi mesajdır:

 

“Prezident Trampın əmri ilə həyata keçirilən bu addım rəsmi Vaşinqtonun terror və narkotik şəbəkələrinə qarşı sərt mövqeyinin davamı kimi təqdim olunsa da, hadisənin geosiyasi alt qatında daha geniş məqsədlər dayanır. ABŞ uzun müddətdir Sakit okean regionunda təsir dairəsini qorumağa və Çin, Rusiya kimi rəqib güclərin artan təsirini məhdudlaşdırmağa çalışır. Bu baxımdan, endirilən zərbələr həm güc nümayişi, həm də regionda hərbi və siyasi mövqelərin yenidən formalaşmasına yönəlmiş mesaj xarakteri daşıyır. Regional təhlükəsizlik baxımından bu hadisə qüvvələr balansının yenidən dəyərləndirilməsinə səbəb ola bilər. ABŞ-nin müttəfiqləri -Yaponiya, Avstraliya və Filippin - bu əməliyyatı dəniz yollarının terror təhlükəsindən qorunması baxımından vacib addım kimi qiymətləndirə bilərlər. Lakin Çin və Rusiya bunu Vaşinqtonun regionda hərbi fəallığını artırmaq cəhdi kimi görəcək. Bu isə bölgədə silahlanma yarışının və hərbi manevrlərin intensivləşməsi ehtimalını yüksəldir. Proses diplomatik müstəvidə daha mürəkkəb nəticələr doğura bilər.
Çin və Rusiya bu əməliyyatı ABŞ-nin selektiv müdaxilə siyasətinin davamı kimi təqdim edərək, beynəlxalq arenada Vaşinqtonun legitimlik arqumentlərini zəiflətməyə çalışacaqlar. Region ölkələrinin bir qismi ABŞ-lə təhlükəsizlik əməkdaşlığını gücləndirə bilər, digərləri isə neytrallığı qorumağa üstünlük verəcək. Sakit okeanda formalaşan yeni güc balansı yalnız regiona deyil, həm də qlobal siyasi düzənə təsir göstərəcək. ABŞ-nin bu addımı qısamüddətli dövrdə terror və narkotiklərlə mübarizədə taktiki üstünlük qazandıra bilər, lakin uzunmüddətli perspektivdə daha mürəkkəb diplomatik və təhlükəsizlik çağırışlarına yol aça bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər