ABŞ "Səhvən" Meksikaya işğal edib
ABŞ Prezidenti Donald Trampın "Amerika Körfəzi" adını dəyişdirməyi vəd etdiyi Meksika Körfəzi "səhvən" işğal edilib. ABŞ əsgərlərinin səhvi mübahisələrə səbəb olub.
ABŞ "səhvən" Meksikaya işğal edib. Amerika əsgərləri Meksika sərhədindəki bir çimərliyə girərək həm ispan, həm də ingilis dillərində lövhələr qoyublar. Bu lövhələrdə "Müdafiə Nazirliyinə məxsus bu ərazi komandirin səlahiyyəti ilə məhdudlaşdırılmış ərazi təyin edilib" xəbərdarlıq edilib. ABŞ əsgərlərinin bu səhvindən sonra Meksika Xarici İşlər Nazirliyi müdaxilə edib. Nazirlik ABŞ dəniz qüvvələri əsgərlərinin çimərlikdə qoyduğu altı lövhənin silindiyini elan edən bir açıqlama yayıb.
ABŞ və Meksika arasında baş verən bu qalmaqallı hadisə sosial media platformalarında tez bir zamanda yayılıb. Pentaqon "Biz bu ərazini səhvən bağladıq",-deyib. Bu arada, ABŞ Prezidenti Donald Tramp son aylarda Meksika Körfəzinin adının "Amerika Körfəzi" olaraq dəyişdirilməsini əmr edib.
TRT Xəbər
Xədicə Məhərrəmli