ABŞ siqnallar göndərir, güzəştə getməyəcəyik
ABŞ nüvə danışıqları barədə Tehrana üçüncü ölkələr vasitəsilə ziddiyyətli mesajlar göndərir.
“İnformator.az” xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə danışıb.
“İran sülh məqsədli nüvə razılaşmasına nail olmaq istəyir, lakin milli təhlükəsizlik məsələsində güzəştə getməyəcək. İran nüvə silahı əldə etmək niyyətində deyil”, - Xətibzadə deyib.