00:00:00
Yazar
Admin User
10.12.2025 16:34 83 1 dəq oxuma
Dünya

ABŞ sosial media tarixçəsini araşdırmağı planlaşdırır

ABŞ sosial media tarixçəsini araşdırmağı planlaşdırır

 

ABŞ vizasız proqramına daxil olan 42 ölkədən, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyadan gələn turistlərin sosial media məlumatlarını son beş ilə qədər nəzərdən keçirməyi planlaşdırır.

 

The New York Times qəzetinin məlumatına görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi vizasız proqrama daxil olan ölkələrdən gələn turistlər üçün tətbiq etməyi planlaşdırdığı yeni tədbirləri dərc edib. Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreya da daxil olmaqla 42 ölkədən olan vətəndaşlara rəqəmsal səyahət icazəsi olduğu müddətcə ABŞ-də 90 günə qədər vizasız qalmağa imkan verən proqramın yeni planı, müraciət edənlərdən tələb olunan məlumatların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Plan təsdiqlənərsə, potensial ziyarətçilərdən son beş ildəki sosial media məlumatlarını, eləcə də son 10 ildəki elektron poçt ünvanlarını və ailə üzvlərinin adları, doğum tarixləri və yaşayış yerləri kimi məlumatları təqdim etmələri xahiş olunacaq.

Mövcud sistemə əsasən, vizasız ölkələrdən olan müraciət edənlər əlaqə məlumatlarını təqdim etməklə 40 dollar müqabilində rəqəmsal səyahət icazəsi proqramına qeydiyyatdan keçirlər və onların icazəsi iki il müddətində etibarlıdır.


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər