00:00:00
Yazar
Admin User
18.11.2025 05:30 129 1 dəq oxuma
Dünya

ABŞ Səudiyyə Ərəbistanına "F-35" qırıcıları tədarük etməyi planlaşdırır

ABŞ Səudiyyə Ərəbistanına "F-35" qırıcıları tədarük etməyi planlaşdırır

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil "F-35" qırıcılarının tədarükünü planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki,bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib. 

 

"Bəli, bunu deyəcəyəm. Biz bunu edəcəyik. Biz "F-35" satacağıq", – deyə ABŞ lideri bildirib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud 18 noyabrda 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək. "Bloomberg" agentliyi xəbər verib ki, Ər-Riyad ABŞ-dən Qətərə daha əvvəl verilmiş təhlükəsizlik zəmanətlərinə bənzər təminatlar almaq istəyir. Sentyabrın sonunda Donald Tramp Vaşinqtonun Qətərin ərazisinə, suverenliyinə və əsas infrastrukturuna qarşı istənilən silahlı hücumu ABŞ-nin sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcəyini nəzərdə tutan fərman imzalayıb. ABŞ KİV-ləri həmçinin Səudiyyə Ərəbistanının "F-35" qırıcılarının alınması ilə bağlı ABŞ ilə razılıq əldə etməyə çalışdığını yazıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər