00:00:00
Yazar
Admin User
11.11.2025 17:21 131 2 dəq oxuma
Siyasət

ABŞ-Suriya münasibətlərində yeni mərhələ

ABŞ-Suriya münasibətlərində yeni mərhələ

Suriya son illərdə münaqişə, xarici müdaxilə və regionun güc balansının dəyişməsi baxımından əsas diqqət mərkəzində olub. İndi isə münasibətləri olan əsas aktorlardan biri olan Amerika Birləşmiş Ştatları ilə Suriya arasında yeni siyasi dialoq mərhələsinin başlandığına dair siqnallar görünür.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a bildirib ki, ABŞ və Suriya arasında yaranan yeni münasibətlərin əsasını enerji sektoru və regional təhlükəsizlik təşkil edir:

 

“Enerji sektoru həm ABŞ, həm də Suriya üçün prioritet sahədir. Hər iki tərəf bu əməkdaşlığın dünya bazarına çıxış imkanlarını genişləndirəcəyini, həmçinin iqtisadi baxımdan yeni imkanlar yaradacağını anlayır. Suriya uzunmüddətli müharibədən sonra bərpa mərhələsinə qədəm qoyur və bu proses üçün ciddi maliyyə resurslarına ehtiyac var. Suriyanın yenidən qurulması istiqamətində atılacaq addımlar ABŞ və Qərb dövlətlərinin dəstəyindən asılı olacaq. Suriya hökuməti təkbaşına infrastrukturun bərpasını və iqtisadi dirçəlişi təmin edə bilmir. Bu baxımdan ABŞ və beynəlxalq donor təşkilatlarının rolu həlledici olacaq. Hazırda Vaşinqton Suriya ilə məhdud dialoqa başlamaqla regiondakı nüfuzunu yenidən bərpa etməyə çalışır. ABŞ-nın əsas məqsədi yalnız enerji maraqları ilə məhdudlaşmır. Vaşinqton eyni zamanda İsrail və Suriya arasında münasibətlərin normallaşması istiqamətində vasitəçilik missiyasını həyata keçirmək niyyətindədir. ABŞ-nın əsas strateji xətti İsrail və Suriyanın münasibətlərini normallaşdırmaq, bu ölkələr arasında gərginliyi azaltmaqdır. ABŞ bu məqsədlə yeni regional diplomatik təşəbbüslər irəli sürür. Ehtimal olunur ki, Suriya da yaxın gələcəkdə “Əbraham Sazişləri” çərçivəsində müəyyən dərəcədə bu prosesə qoşula bilər. Belə bir addım həm Suriyanın beynəlxalq təcriddən çıxmasına, həm də ABŞ-nin bölgədəki təsir gücünün artmasına gətirib çıxara bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər