00:00:00
Yazar
Admin User
15.05.2025 20:00 200 1 dəq oxuma
Dünya

ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək

ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyaya qarşı sanksiyalar rejiminə 180 gün müddətinə müvəqqəti güzəştlər tətbiq edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Antalyada jurnalistlərə bildirib.

 

“Biz "Sezar Qanunu"nda nəzərdə tutulan və hər altı aydan bir uzadılmalı olan istisnalardan istifadə edirik”, – Rubio qeyd edib.

O vurğulayıb ki, bu addım beynəlxalq donorların Suriyaya sanksiya riski olmadan humanitar yardım göndərmələrinə imkan verəcək, lakin dəyişikliklərin müvəqqəti xarakter daşıdığını da qeyd edib.

“Biz müvəqqəti tədbirlərlə başlayırıq və gələcəkdə sanksiyaların Konqres vasitəsilə tamamilə ləğvi məsələsinə baxacağıq”, – Rubio əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər