00:00:00
Yazar
Güllər Gülhüseynova
22.05.2026 09:24 36 1 dəq oxuma
Dünya

ABŞ Tayvana 14 milyard dollarlıq silah tədarükünü dayandırıb

ABŞ Tayvana 14 milyard dollarlıq silah tədarükünü dayandırıb

ABŞ Tayvana 14 milyard dollar dəyərində potensial silah tədarükünü İrana qarşı hərbi əməliyyatın təmin edilməsi üçün lazım olduğundan müvəqqəti dayandırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri naziri əvəzi Hanq Kao Konqresin Senatının müvafiq komitəsində keçirilən dinləmələr zamanı bildirib.

 

Tayvana 14 milyard dollarlıq Amerika silahlarının mümkün satışının təsdiqlənməsindəki fasilə ilə bağlı məsələni şərh edən Kao deyib: "Mən bu məsələ ilə bağlı Tayvan tərəfi ilə danışıqlar aparmamışam və biz onlara silahların bir hissəsinin satışını həyata keçirmişik. Lakin hazırda "Epik qəzəb" [əməliyyatı] üçün kifayət qədər silahın olduğuna əmin olmaq məqsədilə biz bu tədarükləri dayandırmışıq. Onlardan bizdə kifayət qədərdir, lakin biz sadəcə lazım olan hər şeyə malik olduğumuzdan əmin olmaq istəyirik".

 

Onun sözlərinə görə, "administrasiya bunu məqsədəuyğun hesab etdikdə" xaricə silah tədarükü bərpa olunacaq.

#dollarlıq #azərbaycan #dayandırıb #tədarükünü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər