00:00:00
Yazar
Admin User
22.06.2025 11:00 43 1 dəq oxuma
Dünya

ABŞ Tehrana deyir ki, İranda rejimin dəyişməsini istəmir

ABŞ Tehrana deyir ki, İranda rejimin dəyişməsini istəmir

 

ABŞ B-2 bombardmançıları ilə İrandakı üç nüvə obyektini vurduqdan sonra Tehranla əlaqə saxlayıb və onlara bildirib ki, məqsədi rejim dəyişikliyi deyil.

Amerikanın CBS News telekanalının ABŞ mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Vaşinqton administrasiyası İrandakı 3 nüvə obyektinə zərbə endirdikdən sonra Tehrana diplomatik mesaj göndərərək, bu hücumların tamamilə onlar tərəfindən həyata keçirildiyini və rejim dəyişikliyi etmək niyyətində olmadıqlarını vurğulayıb.

 

ABŞ prezidenti Donald Tramp İrandakı üç nüvə obyektinə, yəni Fordo, Natanz və İsfahana hava zərbələri endiriblər.

 

CBS News daha əvvəl ABŞ administrasiyasındakı bir çox mənbələrdən əldə etdiyi məlumata əsaslanaraq, prezident Trampın İranın dini lideri Ayətullah Əli Xamneyini öldürmək planına qarşı çıxdığını bildirib.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər