00:00:00
Yazar
Admin User
01.12.2025 14:58 98 1 dəq oxuma
Siyasət

“ABŞ Ukrayna əraziləri üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır”

“ABŞ Ukrayna əraziləri üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır”

 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Rusiya lideri Vladimir Putinə ABŞ-nin Krım və digər Ukrayna əraziləri üzərində Kremlin nəzarətini tanımağa hazır olduğu barədə məlumat verəcəklər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Ukrayna üçün böyük risk ondan ibarətdir ki, Rusiyanın işğal etdiyi ərazilərinin hissələrini itirir:

 

“Müharibənin dayandırılması üçün diplomatiya real yol hesab olunur. Amma bu təzyiq diplomatiyasıdır, güc diplomatiyasıdır və əlbəttə ki, ABŞ Rusiya ilə Ukrayna arasında müharibənin dərhal bitməsindən yanadır. Buna görə, Ukraynanın məğlubiyyətə uğraması və Rusiyanın razı salınması müqabilində Rusiyanı ABŞ qazanmağa çalışır. Burada da, əsas səbəb ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Çinlə münasibətləri həlledici toqquşma səviyyəsinə daşıyır, qarşıdakı dönəmlərdə biz bu savaşın olacağını təxmin edirik. Ona görə, Amerika Birləşmiş Ştatları indidən Çinin müttəfiqlərini sıradan çıxardır. Yaxın zamanlarda İranın üzərində təkrar toqquşma baş verəcək. Orada qalır bir dənə Çin, Rusiyanıdakı bu mənada qazanmış olur “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər