ABŞ Ukraynada sülh planının dörd paketə ayrılmasını istəyir
“ABŞ-nin daha əvvəl hazırladığı 28 bəndlik sülh planı aktualdır və bu istiqamətdə müzakirələr davam edir”.
“İnformator.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “İndia Today” telekanalına müsahibəsində deyib.
Vladimir Putin bildirib ki, Vaşinqton 28 bəndlik sülh planını dörd əsas paketə bölməyi təklif edir.
“Hazırda bu məsələ müzakirə olunmaqdadır. Sadəcə, onlar bunu dörd paketə ayırıblar. Bizə də bu paketlərin müzakirəsini təklif edirlər. Mahiyyətcə bunlar elə həmin bəndlərdir”, - deyə Rusiya prezidenti bildirib.