00:00:00
Yazar
Admin User
30.12.2025 18:40 111 1 dəq oxuma
Siyasət

ABŞ Ukraynanın humanitar ehtiyaclarını qarşılamaq üçün vəsait ayırıb

ABŞ Ukraynanın humanitar ehtiyaclarını qarşılamaq üçün vəsait ayırıb

 


Ukraynaya 2026-cı ildə ABŞ tərəfindən BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə ayrılan 2 milyard dollar həcmində humanitar yardım ayrılıb. Bu vəsaitin əsas məqsədi ölkədəki humanitar böhranı yüngülləşdirmək və əhalinin ehtiyaclarını qarşılamaqdır.

 

Məsələ ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, BMT vasitəsilə humanitar yardım üçün ayrılan vəsaitlərin məhz təyin edilmiş məqsəd üzrə istifadə olunması nəzərdə tutulur: 

 

“Şübhəsiz ki, hazırda belə humanitar yardıma Ukraynadan daha çox ehtiyac var. Nəticə etibarilə, Ukrayna yalnız torpaqlarını itirməyib, həm də Dombas vilayətindəki zəngin yeraltı sərvətlərini və maddi gəlirlərini itirib. Eyni zamanda, ölkənin sənaye potensialına ciddi ziyan dəyib, işləyən fabriklər və zavodlar sıradan çıxarılıb. Bu isə həm Ukraynada işsizliyin artmasına, həm də iqtisadi və humanitar böhranın dərinləşməsinə səbəb olur. Buna görə də mən hesab edirəm ki, ABƏ-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsində ayrılan vəsaitlərin istifadə miqdarı konkret və effektiv şəkildə qiymətləndirilməlidir. Nəticə etibarilə, ayrılan məbləğ çox da böyük deyil. Digər humanitar təşkilatlara gəldikdə isə, mənim fikrimcə, istər Avropada, istər digər regionlarda fəaliyyət göstərən bənzər qurumlar da işə qoşulmalıdır. Çünki Ukrayna humanitar fəaliyyət üçün ciddi ehtiyac içindədir. Ona görə də Qərbin və ABƏ-nin bu məsələyə münasibəti isti olmalı, hətta bu cür təşəbbüslər təqdir olunaraq, humanitar yardımların həcmi artırılmalıdır”.


Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər