00:00:00
Yazar
Admin User
05.03.2025 18:15 216 1 dəq oxuma
Dünya

ABŞ Ukraynaya bütün silah yardımını dayandırır

ABŞ Ukraynaya bütün silah yardımını dayandırır

ABŞ prezidenti Donald Tramp cümə günü Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisə etdikdən sonra ABŞ-nin bu ölkəyə hərbi yardımını müvəqqəti olaraq dayandırıb. Adları açıqlanmayan Ağ Ev rəsmiləri Trampın Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı əvvəlki xəbəri təsdiqləyiblər.

 

Sözügedən rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımların bir müddətlik dayandırılmasına qərar verildiyini vurğulayıblar. Ağ Ev rəsmisi CNN-ə bildirib ki, "Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə ifadə edib. Biz tərəfdaşlarımızın bu məqsədə sadiq olduğunu görmək istəyirik. Bunun həllə töhfə verdiyinə əmin olmaq üçün yardımımızı dayandırırıq".

 

Başqa bir məmur bildirib ki, dayandırma qərarı hələ Ukraynaya çatmamış bütün hərbi texnikaya şamil ediləcək.


Mənbə:TRT Haber

Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər