ABŞ Ukraynaya daha bir silah partiyası ayırıb
Vaşinqton Kiyevə 275 milyon dollar dəyərində növbəti silah partiyası ayırıb , ABŞ dövlət katibi Antoni Blinken bildirib . Bu barədə TASS yazır .
Onun sözlərinə görə, ABŞ Ukraynaya daha bir hərbi yardım paketi ayırıb. Buraya HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün döyüş sursatları daxildir . Buraya həmçinin 155 və 105 mm-lik artilleriya mərmiləri, “Javelin ” tank əleyhinə raket kompleksi və AT-4 daxil olacaq .
Bundan əlavə, Kiyevə tank əleyhinə minalar və kimyəvi, bioloji və radiasiyadan mühafizə dəstləri göndəriləcək.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Austin Ukraynaya “həftəbə həftə” yeni yardımlar təqdim edəcəyinə söz vermişdi . ABŞ müdafiə naziri Vaşinqtonun müttəfiqlərindən və tərəfdaşlarından Kiyev üçün hava hücumundan müdafiə avadanlığı tələb etdiyinə aydınlıq gətirib.
