00:00:00
Yazar
Admin User
23.10.2025 11:53 365 1 dəq oxuma
Siyasət

ABŞ Ukraynaya raket məhdudiyyətini ləğv edib

ABŞ Ukraynaya raket məhdudiyyətini ləğv edib

ABŞ administrasiyası Ukraynaya verilən uzaqmənzilli raketlərin istifadəsinə dair əsas məhdudiyyəti aradan qaldırıb. Bu qərar Kiyevə Rusiyanın dərinliklərindəki hərbi və strateji hədəflərə zərbələr endirməyə imkan yaradacaq.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya müttəfiqləri tərəfindən verilən uzaqmənzilli raketlərin istifadəsinə qoyulan qadağanı aradan qaldırması Rusiyanın sülhdən qaçması ilə əlaqədardır:

 

"Bu da onunla əlaqədardır ki, Ukraynaya vaxtında öz üstünlüyünü qorumaq üçün uzaqmənzilli raketlər və digər mühümmat verilməyib. Nəticədə Rusiya nəzərəçarpacaq dərəcədə üstünlük əldə edib və balans pozulub. Ukraynanın əhəmiyyətli ərazilərini işğal edərək Çin, İran və Şimali Koreyanın dəstəyi ilə həmçinin siyasi yöndən beynəlxalq aləmdə maraqları şaxələyə bilib. Lakin hazırda uzaqmənzilli raketlərin verilməsi müharibəni daha da alovlandıracaq və qarşılıqlı olaraq Rusiyanın müttəfiqlərinin də ağır silahlar ortaya çıxarmasına səbəb olacaq. Əgər məsələ Rusiyanın heç olmasa nisbətən geri çəkilərək atəşkəsə getməsinə razılığa gəlməsinə görədirsə burada Çin və Şimali Koreya faktoru var. ABŞ-nin onlarla siyasi tarazlıq saxlaması vacibdir. Əks halda Rusiya həmin ölkələrlə müttəfiqliyi daha da gücləndirib geri çəkilməyə bilər ki, bu da müharibənin naməlum vaxtda qədər davam etməsi deməkdir. Şübhə yoxdur ki, o cür olduğu halda gedişat NATO-nun dövrəyə görməsinə, hətta ABŞ-nin özünün belə hərbi gücdən istifadəsinə gətirib çıxara bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər