00:00:00
Yazar
Admin User
10.11.2025 16:48 115 1 dəq oxuma
Siyasət

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ-nin Kiyevə və NATO üzrə müttəfiqlərinə ümumilikdə 5 milyard dollar dəyərində silah tədarükü müvəqqəti olaraq dayandırılıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Kiyevə və NATO üzrə müttəfiqlərinə ümumilikdə 5 milyard dollar dəyərində silah tədarükü müvəqqəti olaraq dayandırması şatdaun, yəni büdcə təşkilatlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlı idi:


“Ona görə də ABŞ-nin NATO üzrə müttəfiqləri buna əlahidə bir reaksiya vermirlər. Avropada gözəl bilirlər ki, bu məsələnin Ukraynaya münasibətə heç bir aiddiyatı yoxdur. Buna görə Avropa İttifaqının Ukraynaya dəstək siyasətini dəyişməsinə səbəb olmaz. Ukraynanın silahla təminatında gecikmələr, ləngimələr heç şübhəsiz ki, Ukraynanın döyüş qabliyyətinə pis təsir edir. Amma fəlakətli nəticələr də doğurmayacaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər