ABŞ Ukraynaya təhlükəsizlik dəstəyi verməyə hazırdır
Tramp ABŞ-nin təhlükəsizlik təminatları ilə bağlı Ukraynaya kömək etməyə hazır olduğunu deyib.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda ABŞ-nin əsas planı Ukraynanın Rusiya ilə sülhə getməsini təmin etməkdir.
“Bu məqsədlə Trampın təqdim etdiyi sülh planı üzərindən danışıqlar aparılır və Fransada Aİ-nın təmsilçiləri və ABŞ-nin də iştirakı ilə Ukrayna ilə bağlı müzakirələr aparılacaq. ABŞ-nin Ukraynaya kömək məsələsində Aİ-nin mövqeyi də düşünürəm ki, bu münasibətlərdə müəyyən olunacaq. Ukraynanın ehtiyacları fonunda ABŞ-nin sülh planına razılıq verilməsi ən böyük dəstək olardı. Lakin bu planın qəbul edilməməsi fonunda ABŞ-nin Ukraynaya hərtərəfli dəstəyi labüddür. Ona görə ki, Aİ-nin indiyədək verdiyi dəstək nəticəsində demək olar ki, Ukrayna irəliləyiş əldə etməyib və əksinə Rusiya qarşında hərbi-strateji baxımdan davam gətirə bilməyib. Nəticədə bir çox ərazilərini itirib. ABŞ-nin Ukraynaya dəstəyi artıq öz təhlükəsizliyinin təminatı qismində təqdim olunursa artıq NATO-nun da bu anlamda ciddi etirazına ehtiyac qalmır”.
Ekspert həmçinin bunu da qeyd edib ki, ABŞ-nin ilk mərhələdə təqdim etdiyi sülh planı əslində ciddi hərbi müdaxiləyə baza hazırlamaq xarakteri daşıyır:
“Çünki beynəlxalq aləmin müşahidəsi ilə ABŞ-nin sülh çağırışı etdiyi görüntüsü yaranmalıdır. Əgər qəbul edilərsə, bu ABŞ-nin də maraqlarına uyğundur. Qəbul edilməzsə ABŞ-nin Ukraynaya yüksək hərbi dəstəyi və digər müdaxiləsi vasitələri ilə Rusiyaya qarşı hücum taktikası işə düşəcək. Bu həm də ona görə lübüdləşir ki, sözü gedən sülh planından başqa yol yalnız müharibədir. Davamlı müharibədə faktiki olaraq Ukraynanın uduzması artıq faktdır. Buna da səbəbkar kimi ABŞ-nin Aİ-nı ittiham etməsi haqlıdır. Beləliklə nəticədə ABŞ-nin prosesə əsas aparıcı qüvvə kimi daxil olması Avropa İttifaqını ikinci planda saxlayacaq. ABŞ-nin iqtidadi və hərbi yöndən Ukraynaya dəstəyi reallaşarsa bu, Rusiyanın da təqdim olunan sülh planı qarşısında təslim olmasına gətirib çıxara bilər”.
Güllər Gülhüseynova
