ABŞ və Çin nadir torpaq mineralları üzrə danışıqlara hazırlaşır
ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrır bildirib ki, o və Xəzinədarlıq katibi Skott Bessent çərşənbə günü Malayziyaya səfər edərək Çin rəsmiləri ilə Pekinin nadir torpaq minerallarının ixracını məhdudlaşdırmaq üçün atdığı “son dərəcə aqressiv” addımlar barədə görüş keçirəcəklər.
Skott Bessent CNBC telekanalının “Squawk Box” verilişində çıxışı zamanı qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında görüş üçün hələ də təqvimdə yer mövcuddur, lakin görüşün baş tutub-tutmaması qarşılıqlı qərardan asılı olacaq.
Ceymison Qrır isə bildirib ki, Çin rəsmilərinin bu addımı bir neçə ay əvvəl verdikləri öhdəliyi yüksək texnologiya sahəsində istifadə olunan nadir torpaq elementlərinin tədarükünü davam etdirmək vədini pozur. Bununla belə, o vurğulayıb ki, ABŞ və Çin arasında daha balanslı ticarət əlaqələrinin qurulması üçün “yaxşı bir razılaşma zəmini” hələ də mövcuddur.
Reuters
Sura Əliyeva