00:00:00
Yazar
Admin User
11.06.2025 12:12 168 1 dəq oxuma
Dünya

ABŞ və Çin ticarət çərçivəsində razılığa gəlib

ABŞ və Çin ticarət çərçivəsində razılığa gəlib

Londonda iki günlük danışıqlardan sonra ABŞ və Çin ticarətlə bağlı əsas prinsipləri müəyyən edən çərçivə hazırlayıb. Hazırlanan sənəd Donald Tramp və Si Cinpinin təsdiqinə təqdim ediləcək.

 

Bu razılaşma 90 günlük fasilə müddətinin elanından bir ay sonra baş tutdu. ABŞ Ticarət Naziri Hovard Lutnik deyir ki, “Cenevrə konsensusu”na əsaslanaraq bütün açıq məsələlərə baxılacaq və nadir torpaqlar üzrə məhdudiyyətlər yumşaldılacaq.


Çin Ticarət Nazirliyinin nümayəndəsi Li Çenqanq danışıqları “peşəkar və səmimi” adlandırıb. O, liderlərə hesabat veriləcəyini və bu irəliləyişin qarşılıqlı etimadı gücləndirəcəyini vurğulayıb. Asiya fond bazarlarında Nikkei 225 indeksi 0,5 %, Hang Seng 1 % və CSI 300 0,8 % artıb. Dünya Bankı qlobal artım proqnozunu 2,7 %-dən 2,3 %-ə endirib.


Al Jazeera

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər