ABŞ və Cənubi Koreyanın nüvə təhlükəsinə qarşı sazişi
ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı mühüm saziş imzalayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ bu müqavilə əsasında son 40 ildə ilk dəfə olaraq Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək. ABŞ yaradılacaq Nüvə Məsləhət Qrupu ilə Cənubi Koreyanı da nüvə planlaşdırma əməliyyatlarına daxil edəcək. Cənubi Koreya bunun müqabilində nüvə silahını istehsal etməyə çalışmayacaq.
ABŞ prezidenti Co Bayden imzaladıqları müqavilənin və elan etdikləri “Vaşinqton Bəyannaməsi”nin Şimali Koreyanı istənilən hücumdan çəkindirmək məqsədi daşıdığını və Cənubi Koreya ilə əməkdaşlığı artırmağa imkan yaradacağını qeyd edib.
Qeyd edək ki, ABŞ daha əvvəl imzaladığı müqavilə ilə Cənubi Koreyanı müdafiə etmək öhdəliyi götürüb və lazım gələrsə, bu yolda nüvə silahından istifadə edəcəyinə dair söz verib.
Fatima
