ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar
ABŞ və Danimarka dənizçilik sənayesində əməkdaşlığın inkişaf etdirilməsinə, gəmiqayırma potensialının genişləndirilməsinə və istehsal zəncirlərinin möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
“İnformator.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Sənədi ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq və Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen imzalayıblar. Dövlət Departamentindən qeyd ediblər ki, təşəbbüs ABŞ-də yeni iş yerlərinin yaradılmasına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerikanın dənizçilik sənaye bazasının inkişafına yönəlib.