00:00:00
Yazar
Elmira Ağayeva
24.07.2026 21:09 166 2 dəq oxuma
Siyasət

ABŞ və İsrail liderlərinin görüşü həlledici müharibənin taleyini müəyyən edə bilər”-ŞƏRH

“ABŞ və İsrail liderlərinin görüşü həlledici müharibənin taleyini müəyyən edə bilər”-ŞƏRH

İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrail liderlərinin görüşü gözlənilir:

 

“İranla bağlı gərginlik artmaqdadır. Çox güman ki, böyük hücum planı hazırlanır. Yalnız Pakistan və Türkiyənin mövqeyini neytrallaşdırmaq üzərində çalışırlar ki, bu da Yaxın Şərqə bağlıdır. İsrailin Yaxın Şərqdəki vəziyyəti Türkiyə əleyhinə istifadə etməsi vəziyyəti mürəkkəbləşdirir. Yaxın Şərqdə əsasən Livan və Suriya ilə bağlı narahatlıqlar var. Məlumdur ki, müharibə yenidən qızışacağı zaman Səudiyyə Ərəbistanı ilə Yəməndəki İranın proksi qüvvələri toqquşacaq və Hizbullah ilə də Suriyanın üzləşməsi mümkündür. İsrail bütün bunları Türkiyəni müharibəyə cəlb etmək üçün nəzərdə tutur. Eyni zamanda, İraqda vəziyyəti qarışdırıb hərtərəfli şəkildə İranı blokadaya almaq istəyir. İsrail və ABŞ arasında koordinasiya hazırda müəyyən tərəddüdlər və ziddiyyətlər olsa da eyni hədəfə doğru istiqamət almağı əsas götürən səviyyədədədir. Yerdə qalan anlaşmazlıqları da liderlər görüşdə həll edə bilsələr yekdil qərarla həlledici müharibə başlaya bilər”.


Politoloq qeyd edib ki, ABŞ və müttəfiqlərinin qərarı ümumiyyətlə problemin həllini nəzarətə götürməyi nəzərdə tutur:


“Odur ki, İranın Körfəz ölkələrini vurmasına qarşılıq hələ ki, ciddi şəkildə verilmir. Müharibəni yenidən elan etmək üçün beynəlxalq aləm qarşısında əldə ciddi əsaslar olmalıdır. ABŞ hazırda bu əsasların formalaşması prosesini icra edir. İran daxilindəki bəzi dairələr də buna zəmin yaratmış olurlar. Çünki Körfəz ölkələrini davamlı olaraq vurmaq və İordaniyada bir neçə ABŞ əsgərlərinin də həlak olması Vaşinqtonun əlinə əsas verir ki, bazalarını qorumaq adı ilə əks hücuma keçsin. ABŞ-nin mümkün hücumu Yaxın Şərqdə vəziyyəti hər an dəyişə bilər. Amma vəziyyətin kimin xeyrinə dəyişməsi gedən proseslərin məcrasına bağlıdır. Əgər Səudiyyə Ərəbistanı ilə Yəmən də savaşa qoşularsa, Suriya ilə Hizbullah toqquşarsa Türkiyənin dövriyyəyə girməsi ehtimalı daha yüksəkdir ki, bu zaman regionda vəziyyəti bu ölkə öz xeyrinə dəyişə bilər. İsrailin eyni anda həm Hizbullah, həm Ənsarullah, həm də İranla müharibə aparması onun aqibətinu sual altına sala bilər. Ümumiyyətlə bu prosesdə əsas Türkiyənin rolu nəzərə alınmalıdır. İran razılığa gəlməsə müharibə qaçılmazdır. Onun nüvə silahı hazırlaması isə Türkiyə də daxil olmaqla bütün region üçün təhdiddir. Amma İrana müdaxilə zamanı Türkiyənin neytral qalması üçün də ABŞ və İsrailin Yaxın Şərqdəki siyasəti dəyişməlidir. İsrail işğalçı, soyqırımçı siyasətini dəyməsə Türkiyə əsla İranı müdafiədən geri çəkilməyəcək. Çünki İsrailin siyasi dairələri açıq bəyan ediblər ki, İrandan sonra hədəfimiz Türkiyədir. Ümumiyyətlə ABŞ-nin İrana geniş əhatəli müharibə elan etməsi növbəti dünya müharibəsinin başlanğıcı da ola bilər”.

 

Nuray Əliyeva

#ABŞ #İran #Yaxınşərq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər