00:00:00
Yazar
Nərmin Həşimova
23.07.2026 21:28 29 2 dəq oxuma
Siyasət

ABŞ və İsrail liderlərinin görüşü: İranla bağlı hansı qərarlar verilə bilər?

ABŞ və İsrail liderlərinin görüşü: İranla bağlı hansı qərarlar verilə bilər?

Yaxın Şərqdə gərginliyin yenidən artdığı, İran ətrafında hərbi və diplomatik proseslərin sürətlə inkişaf etdiyi bir dövrdə ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında planlaşdırılan mümkün görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Gələn həftə Ağ Evdə keçirilə biləcəyi bildirilən bu görüş təkcə Vaşinqton-Təl-Əviv münasibətlərinin gələcək istiqamətini deyil, həm də regionda mümkün hərbi ssenarilər və ABŞ-nin Yaxın Şərq siyasəti baxımından mühüm əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp və Netanyahu görüşü əsasən İranla bağlı məsələlərin müzakirəsi üzərindən baş tuta bilər:


“Çünki məsələ ilə bağlı müəyyən fikir ayrılıqları, ziddiyətlər var. Xüsusən Yaxın Şərq və Türkiyə mövzusunda İsrail ABŞ-nin bir qədər fərqli mövqeyindən narahatdır. Ola bilsin İrana müdaxilə mövzusunda müəyyən razılıq əldə olunması üçün bu görüş labüddür. Çünki İsrail hər cür ciddi cəhdlə İrana qarşı hərbi əməliyyatları dəstəkləyir və hətta hakimiyyəti devirənə qədər hücumların davam etməsini istəyir. Lakin ABŞ tərəfində bununla bağlı tərəddüdlər və daxili narazılıq var. ABŞ siyasi dairələri yekdil olaraq İrana müdaxiləni dəstəkləmir. Hətta vitse-prezidentin də mövqeyi prezidentin mövqeyi ilə eyni deyil. Həmçinin Türkiyə və Pakistan kimi dövlətlər də bu müharibəyə qarşıdırlar. İsrailin Yaxın Şərqdəki təxribatçı addımları bütün bu məsələlərdə əsas rol alır. Mümkündür ABŞ lideri ilə Netanyahu bu görüşdə bu və digər məsələlər barədə ortaq nəticəyə gəlsinlər. Bütün bunlara rəğmən ABŞ-nin İrana qarşı müdaxiləsi son nəticə olaraq qaçılmaz görünür. Çünki Trampın bu müdaxilədən əvvəl bir çox sülhməramlı addımlar atması və bir növ İran müharibəsinə hazırlaşması məsələnin strateji əhəmiyyətini ortaya qoyur. Sadəcə müdaxilənin zamanı və forması müzakirə oluna bilər. Lakin müdaxilənin olması artıq demək olar ki, qərardır. Netanyahu və Tramp görüşünün nəticələri bu kimi mövzulara aydınlıq gətirəcəyi gözlənilir".


Mehriban Yariyeva

#azərbaycan #liderlərinin #gündəm #i̇ranla #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər