ABŞ və Polşa Ukrayna üçün informasiya dəstəyi qrupunun yaradır
ABŞ Dövlət Departamentinin mətbuat xidməti bəyan edib ki, ABŞ və Polşa Rusiyaya qarşı mübarizə aparmaq və Ukraynaya informasiya məkanında dəstək olmaq üçün qrup yaradır. Bu barədə "informator.az" Tass-a istinadən xəbər verir.
Kollektiv Qərbin yeni xarici siyasət təbliğat orqanı Varşavada yerləşəcək. İlk növbədə Ukrayna siyasətinin informasiya məkanında koordinasiyası üçün ona digər həmfikir ölkələrin də qoşulacağı gözlənilir. Departamentin məlumatına görə, qrup Rusiya tərəfindən iddia edilən “informasiya manipulyasiyası” ilə də mübarizə aparacaq. Qrupa hansı dövlətlərin daxil olacağı dəqiqləşdirilməyib.
Dövlət Departamentinin məlumatına görə, ABŞ və Polşa həmçinin xarici dezinformasiya ilə mübarizə üzrə anlaşma memorandumu imzalayıblar.
Aynur Babayeva
