00:00:00
Yazar
Admin User
04.07.2025 15:12 127 1 dəq oxuma
Dünya

ABŞ və Ukrayna liderləri birgə silah istehsalını müzakirə ediblər

ABŞ və Ukrayna liderləri birgə silah istehsalını müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski telefon danışığı zamanı müdafiə sənayesi imkanlarını və birgə istehsalı müzakirə ediblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün sosial şəbəkə hesabında yazıb.

 

"Müdafiə sənayesinin imkanları və birgə istehsalla bağlı ətraflı müzakirə apardıq. Biz ABŞ ilə birbaşa layihələrə açığıq və bunun təhlükəsizlik üçün zəruri olduğuna inanırıq", - o bildirib.

 

Zelenski həmçinin vurğulayıb ki, tərəflər qarşılıqlı satınalmalar və investisiyalar mövzusuna da toxunublar.


“Nəhayət, biz ABŞ, həmçinin digər tərəfdaşlarla diplomatik vəziyyət və birgə iş barədə fikir mübadiləsi apardıq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər