00:00:00
Yazar
Admin User
06.12.2025 05:28 86 1 dəq oxuma
Dünya

ABŞ və Ukrayna münaqişəyə son qoymaq üçün addımların atılmasının vacibliyini qeyd ediblər

ABŞ və Ukrayna münaqişəyə son qoymaq üçün addımların atılmasının vacibliyini qeyd ediblər

Rusiya-Ukrayna müharibəsinin həlli üçün Floridada keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndələri atəşkəs və gərginliyi azaltmaq üçün addımların atılmasının vacibliyini vurğulayıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

 

Sənədə əsasən, iki ölkənin nümayəndələri məsləhətləşmələr zamanı vurğulayıblar ki, "atəşkəs və gərginliyin azaldılması istiqamətində addımlar" münaqişənin yenidən başlanmasının qarşısını almaq və "Ukraynanın bərpası üçün hərtərəfli plan"ı həyata keçirmək üçün zəruridir.

 

Danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşner iştirak edib.

 

Ukrayna tərəfini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatov təmsil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər