00:00:00
Yazar
Admin User
24.11.2025 14:06 185 2 dəq oxuma
Dünya

ABŞ və Ukrayna sülh planının dəqiqləşdirilməsi üzrə məsləhətləşmələri davam etdirəcək

ABŞ və Ukrayna sülh planının dəqiqləşdirilməsi üzrə məsləhətləşmələri davam etdirəcək

“Hər iki tərəf əldə olunmuş sabit irəliləyişi alqışladı və razılaşmaların dəqiqləşdirilməsi prosesində məsləhətləşmələri davam etdirməyə razılaşıb”, - Ağ Ev qeyd edib.

 

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, eyni zamanda, ABŞ Senatı və Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, mövcud sanksiyaların müddətinin uzadılması ilə bağlı imza toplama kampaniyası başlanıb:

 

"Rusiya-Ukrayna müharibəsi ilə bağlı masada sülh sövdələşməsinin maddələrinin yer alması müsbət haldır və bu, stabilləşdirici faktor kimi qiymətləndirilməlidir. Həm Rusiya, həm də Ukrayna tərəfi danışıqların vacibliyini qəbul edir. Bu danışıqların əsasında ABŞ vasitəsilə təqdim olunmuş 28 maddəlik təklif dayanır. Faktiki olaraq, müharibə danışıqlarının bu mərhələyə keçidində təşəbbüskar ABŞ-dir. Bu proseslə bağlı Avropa İttifaqı rəhbərliyinin, Rusiya və Ukrayna tərəfinin verdiyi pozitiv bəyanatlar onu deməyə əsas verir ki, tərəflər razılaşma ehtimalına açıqdırlar. Lakin Avropa İttifaqına üzv bəzi ölkələrin rəhbərləri bu təkliflərin əslində ABŞ deyil, Rusiya vasitəsilə, ABŞ vasitəsilə təqdim olunduğunu iddia edirlər. Bildirilir ki, 28 maddəlik sənəd Rusiyanın Xarici İnvestisiya İdarəsinin rəhbəri Kirill Dimitrov vasitəsilə Trampın xüsusi elçisi Stiven Vitkoffa təqdim olunub. Bununla belə, Almaniyanın kansleri Olaf Şolts da daxil olmaqla bəzi liderlər sənədin əsasının ABŞ-nin hazırlandığını və təkliflərin ABŞ ilə razılaşdırıldığını bəyan ediblər".

 

Hamçinin müsahib bildirib ki, digər tərəfdən, Avropa İttifaqına daxil olan üçlük, Böyük Britaniya, Almaniya və Fransa Cenevrədə bir araya gələrək 27 maddədən ibarət bir sənəd hazırlayıblar:

 

 

"Eyni zamanda, Avropa İttifaqı ayrıca 24 maddəlik başqa bir sənəd təqdim edib. Bu sənədlər hazırda ABŞ-yə göndərilib və böyük ehtimalla, Böyük Britaniya, Almaniya və Fransa liderləri yaxın vaxtlarda ABŞ-yə səfər edəcəklər. Ola bilsin ki, Avropa İttifaqının digər üzv dövlətlərindən ibarət geniş nümayəndə heyəti də ABŞ-yə göndərilsin. ABŞ prezidenti artıq bu məsələ ilə bağlı son tarix olaraq 27 noyabrı açıqlayıb. Bu tarixə qədər tərəflərin müəyyən razılığa gəlməsi gözlənilir. ABŞ-nin həm Ukrayna, həm də Rusiya üzərində təsir imkanları böyükdür. ABŞ-nin Maliyyə Nazirliyi artıq Rusiyanın əsas enerji şirkətləri Rosneft və Lukoil-ə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, ABŞ Senatı və Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, mövcud sanksiyaların müddətinin uzadılması ilə bağlı imza toplama kampaniyası başlanıb. Respublikaçıların senat və konqres rəhbərləri Rusiyaya qarşı sərt mövqedədirlər. Bundan əlavə, Ukraynada Prezident Zelenskinin ətrafındakı yüksək vəzifəli məmurların korrupsiya səbəbilə həbs olunması və bu prosesin ABŞ-nin təzyiqləri fonunda baş verməsi, Vaşinqtonun Ukrayna üzərində də ciddi təsirə malik olduğunu göstərir".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər