00:00:00
Yazar
Admin User
28.10.2025 13:57 274 2 dəq oxuma
Dünya

ABŞ və Vyetnam ticarət sazişinin çərçivəsini tamamlayıb

ABŞ və Vyetnam ticarət sazişinin çərçivəsini tamamlayıb

ABŞ və Vyetnam arasında yeni ticarət sazişinin əsas çərçivəsi razılaşdırılıb. Saziş iki ölkə arasında iqtisadi əlaqələri genişləndirməyi və qarşılıqlı investisiyaları artırmağı hədəfləyir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında qeyd edib ki, şübhəsiz, ABŞ və Vyetnam arasında yeni ticarət sazişinin əsas çərçivəsinin formalaşdırılması hazırda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, perspektiv investisiya axınlarına gətirib çıxara biləcək mühüm mərhələdir:

 

“Biz qısa tarixə nəzər salsaq görərik ki, 1995-ci ildən etibarən ABŞ-Vyetnam arasında diplomatik münasibətlər bərpa edilib. 2000-ci ildə isə həmin münasibətlərin daha da yaxınlaşdığı və bir neçə vacib element üzərindən daha da inkişaf etdiyini görürük. 2007-ci ildə ABŞ, Vyetnama ticarət əlaqəsi üzrə daimi status verib. Həqiqət budur ki, bu, ABŞ üçün xarici siyasət kursunun yaxın perspektivdə hesablandığını göstərməkdədir. Çünki dərhal bundan sonra 2013-cü ildə bu münasibətlər kompleks qarşılıqlı səviyyəyə yüksəlib. 2013-cü ildə isə artıq ABŞ–Vyetnam kompleks strateji tərəfdaşlıq münasibətlərini formalaşdırmağa başlayıb. Bildirilir ki, bu münasibətlərin əsas səbəbi sülhün təmin edilməsi və dayanıqlı əməkdaşlığın inkişafı kimi dəyərləndirilib. Bu, 1995-ci ildən başlayan bir inkişaf strategiyası çərçivəsində, xüsusilə iqtisadi münasibətlərin genişlənməsinə gətirib çıxarıb və eyni zamanda bu sahədə çox ciddi nailiyyətlər əldə edilməsinə səbəb olub. Belə ki, 2002–2015-ci illər ərzində iki ölkə arasında ticarət münasibətlərinin ümumi həcmi sürətlə artaraq on milyard ABŞ dollarını ötmüş, son illərdə isə bu rəqəm 100 milyarda qədər yüksəlib”.

 

Deputatın sözlərinə görə, bu baxımdan belə demək olar ki, Vyetnam ABŞ üçün əsas ixracatçı ölkələrdən birinə çevrilib:

 

“Çünki ABŞ-yə əsasən yüngül sənaye məhsulları, mebel, elektronika və geyim istehsalı sahəsində məhsullar ixrac olunur. Eyni zamanda ABŞ özü də Vyetnama texnologiya, neft və sənaye məhsulları ixrac edir. Nəticə etibarilə, bu münasibətlər getdikcə artmaqdadır. Eyni zamanda ABŞ üçün mühüm ticarət tərəfdaşı olan Vyetnam bu istiqamətdə xarici sərmayə cəlb edən investor kimi çıxış edir. Bu iqtisadi əməkdaşlıq çox böyük həcmdə həyata keçirilir. Çünki ABŞ böyük sərmayələr yatırır. Lakin qeyd edilməlidir ki, bu bölgədə çoxvektorlu siyasət yürüdüldüyünə görə, ABŞ və Çin münasibətləri də müəyyən mənada təsir göstərir. Vyetnam çalışır ki, özünün həm ABŞ-dən, həm də Çindən asılı olmadığını göstərsin. Təbii ki, ABŞ və Çin arasındakı geosiyasi rəqabət fonunda Vyetnamın mövqeyi xüsusi əhəmiyyət daşıyır. O qeyd edir ki, şübhəsiz, Vyetnamın özünəməxsus siyasəti var. Amma nəzərə alsaq ki, Çində iqtisadi güc artmaqdadır, gözlənilir ki, ABŞ və Vyetnam tərəfdaşlığı regionda mühüm praqmatik nəticələr doğuracaq. Beləliklə, bölgədə ABŞ-nin təsirinin artması Asiya-Sakit okean regionunun inkişaf dinamikasına da müsbət təsir göstərəcəkdir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər