ABŞ Venesuela gərginliyinin dünyaya təsiri
ABŞ və Venesuela arasında münasibətlər hər keçən gün gərginləşir. ABŞ Venesuelanını narkotik qaçaqçılığı ilə günahlandırır. Bəs bu gərginliyin dünya dövlətlərinə təsiri necə olacaq?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisələr ABŞ-Rusiya və ya ABŞ-Çin münasibətlərinə birbaşa təsir etməyəcəkdir:
“Bu vəziyyət Çin, İran və Rusiya kimi Venesuelanın müttəfiqlərini narahat edir. Bildiyiniz kimi, beynəlxalq mətbuatın verdiyi məlumata görə, İran və Rusiya Venesuelaya hərbi yardım edir. Hətta mətbuatda Rusiya aid hərbi təyyarələrinin oraya silah daşıması, İran istehsalı olan PUA-ların (insansız uçuş aparatlarının) Venesuelaya verilməsi haqqında məlumatlar yayılıb. Əlbəttə ki, bu hadisələr ABŞ-Rusiya və ya ABŞ-Çin münasibətlərinə birbaşa təsir etməyəcəkdir. Həmin dövlətlərin bəyanatlarından kənara çıxmayacaqdır. Hər iki dövlətin bu mövzularla bağlı mövqeyi dəyişməyəcək. Tramp dövründən sonra ABŞ və Rusiya arasında müəyyən qədər normallaşma müşahidə olunur və bu danışıqlar hələ də davam edir. Yaxın vaxtlarda iki dövlət başçısının görüşü də gözlənilir”.
Politoloq eyni zamanda qeyd edib ki, Maduro hakimiyyətinin sonu yaxınlaşır:
“Digər tərəfdən, Çin və ABŞ arasında böyük ticari əlaqə var. Yaxınlarda iki dövlət başçısı Cənubi Koreyada görüşü baş tutmuşdur və nəticədə ticarət anlaşması imzalanıb. Bu anlaşmaya görə, bir il ərzində rüsumların artırılmasına moratorium qoyulub. Hətta ABŞ Çinlə güzəştə gedərək bəzi məhsullar üzrə rüsumları 10% endirib. Çin də bunun müqabilində üç il ərzində 25 milyon ton soya məhsulunun alınmasına dair öhdəlik götürüb. Bunun 50%-i, yəni 12-15 milyon tonu bu ilin sonunadək ABŞ-dən Çinə istehlak olunacaqdır. Ona görə də nə Çin, nə də Rusiya bu Venesuela-ABŞ münasibətlərinə ciddi təsir göstərə bilməyəcək. Nəzərə almaq lazımdır ki, beynəlxalq sülh mükafatı bu il Venesuela Azadlıq Hərəkatının rəhbərlərindən biri olan xanım Maçadaya verilib. Bu, artıq orada prosesin başlandığını göstərir. Yəni Maduro hakimiyyətinin sonu yaxınlaşır”.
Zəri Bayramlı
