ABŞ Venesuelada əməliyyatının yeni mərhələsinə başlayır
ABŞ yaxın günlərdə Venesuelaya qarşı əməliyyatların yeni mərhələsinə başlamağa hazırdır.
"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onlardan ikisi bildirib ki, gizli əməliyyatlar çox güman ki, Venesuela prezidenti Nikolas Maduroya qarşı yeni hərəkətlərin ilk mərhələsidir.
"Prezident Tramp ölkəmizə narkotik axınının qarşısını almaq və günahkarları məsuliyyətə cəlb etmək üçün Amerikanın bütün imkanlarından istifadə etməyə hazırdır", - deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.
Pentaqon, Ağ Ev və MKİ şərh verməkdən imtina edib.