00:00:00
Yazar
Admin User
15.10.2025 17:28 182 3 dəq oxuma
Siyasət

ABŞ vitse-prezidenti qoşunların Vensdə yerləşdirilməyəcəyini təsdiqləyib

ABŞ vitse-prezidenti qoşunların Vensdə yerləşdirilməyəcəyini təsdiqləyib

ABŞ qoşunları sülh sazişlərinin icrasına nəzarət etmək üçün birbaşa Fələstin anklavında yerləşdirilməyəcək.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın 20 maddəlik sülh sazişi mətnində və eləcə də Misirdə keçirilən Sülh Sammitində əldə olunan razılaşmalarda ABŞ qoşunlarının Fələstin anklavına və ya İsrail ərazisinə yerləşdiriləcəyinə dair hər hansı müddəa yoxdur:

 

"ABŞ vitse-prezidenti Vensdə açıqlamasında ABŞ qoşunlarının yerləşdirilməyəcəyini təsdiqləyib.

Tramp tərəfindən yayılan və artıq Ağ Evin rəsmi saytında yerləşdirilən sənədə görə, ABŞ, Türkiyə, Qətər və Misir tərəfləri Qəzza ilə bağlı əldə edilən sülh razılaşmasını alqışlayır və onun qorunması üçün birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər. Bu o deməkdir ki, adı çəkilən ölkələr faktiki olaraq sülhün zəmanətçiləri qismində çıxış edirlər. Sənəddə qeyd olunur ki, davamlı sülh yalnız qarşılıqlı hörmət, insan hüquqlarının təminatı, təhlükəsizlik və ləyaqət prinsipləri əsasında mümkündür və buna uyğun olaraq da tərəflər həm fələstinlilərin, həm də israillilərin hüquqlarının bərabər şəkildə qorunmasını vurğulayırlar.

 

Bu razılaşma, şübhəsiz ki, ABŞ-nin Yaxın Şərq siyasətində dönüş nöqtəsi hesab oluna bilər. Çünki ilk dəfədir ki, Qəzza məsələsində həm müsəlman, həm yəhudi, həm də Qərb dairələri eyni masa arxasında toplaşıblar və eyni mövqedən çıxış edirlər.

 

Məlumdur ki, Qəzzada sülhün təmin olunması, infrastrukturun bərpası, investisiyaların cəlbi, humanitar böhranın aradan qaldırılması, qaçqınların geri qayıdışının təmin olunması, iş yerlərinin yaradılması, gənclər üçün təhsil və inkişaf imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra işlərin görülməsi lazımdır. Bu da əslində razılaşmaya dəstək verən ölkələr tərəfindən götürülmüş öhdəlikdir və bunların təmin olunması yaradılacaq mərkəz tərəfindən həyata keçiriləcək.

 

Yaradılacaq mərkəzin və ya şuranın fəaliyyəti üçün konkret tarix müəyyən edilməsə də, görüləcək işlərin həcminə və eləcə də HƏMAS-dan sonra Qəzzanın Fələstin idarəçiliyinə ötürülməsi üçün Fələstinin görməli olduğu işlərə baxdıqda demək olar ki, bu, uzun müddəti əhatə edəcək bir fəaliyyət olacaq.

 

Təbii ki, Qəzzada görüləcək işlər, həyata keçiriləcək layihələr mütləq şəkildə Fələstinlə də koordinasiya olunmalıdır. Qəzza uzun müddətdir HƏMAS idarəçiliyində olmasına və HƏMAS-ın da Fələstin rəhbərliyini tanımamasına baxmayaraq, Qəzza Fələstin torpağıdır və planın sonunda Qəzzanın tamamilə Fələstinin idarəçiliyinə ötürülməsi nəzərdə tutulduğu üçün bütün fəaliyyətin onlarla koordinasiyası şərtdir.

 

ABŞ-nin bu fəaliyyətlərlə İsrail–Fələstin münasibətlərində neytral mövqe sərgilədiyini göstərmək istəməsinə gəldikdə isə demək olar ki, ABŞ üçün təbii ki, öz əzəli müttəfiqi İsrailin maraqları hər şeydən öndə gəlir. Və Tramp da bunu gizlətmir. Amma hazırkı situasiya, bir tərəfdən islam dövlətlərinin baş verənlərdən narahatlığı və bu narahatlığın ABŞ–Ərəb dünyası münasibətlərinə təsiri, digər tərəfdən isə Avropa Birliyi ölkələrinin sərgilədiyi mövqe və əksər dövlətlərin Fələstini dövlət olaraq tanımaq haqqında qərarları, o cümlədən də Trampın ayrı-ayrı coğrafiyalarda həyata keçirdiyi sülh layihələri və sülh yaradıcı obrazı onu indiki mərhələdə neytral mövqedən çıxış etdiyini göstərməyə məcbur edir".

 

Gülay Səlifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər