00:00:00
Yazar
Admin User
30.11.2025 04:20 111 1 dəq oxuma
Dünya

ABŞ-yə 5 000-dən çox əfqanın gəlişi ölkə hakimiyyətində narahatlıq doğurub

ABŞ-yə 5 000-dən çox əfqanın gəlişi ölkə hakimiyyətində narahatlıq doğurub

Rəsmi Vaşinqton hesab edir ki, 2021-ci ildə Amerika hərbçilərinin Əfqanıstandan çıxarıldıqdan sonra ABŞ-yə gələn 5 000-dən çox əfqan Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid yarada bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin statistikasını əldə edən "New York Post" qəzeti xəbər verib.

 

Nəşrin məlumatına görə, ABŞ-yə gələn 6 868 Əfqanıstan vətəndaşının dosyeləri Amerika hakimiyyətində narahatlıq doğurub. Bunlardan 5 005-i potensial milli təhlükəsizlik təhdidi, 956-sı ictimai təhlükəsizlik təhdidi, 876-sı isə potensial olaraq fırıldaqçılıqda iştirak edib.

 

Qəzet qeyd edir ki, ABŞ-nin hüquq-mühafizə orqanları sonradan onların əksəriyyətinə olan şübhələri aradan qaldırıb. Buna baxmayaraq, sentyabra olan məlumata görə, 885 nəfər hələ də ABŞ-nin milli təhlükəsizliyini təhdid edə biləcək şəxslər kimi təsnif olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər