ABŞ-yə gələn əfqanlara müraciətlərin qəbulu dayandırılıb
ABŞ vətəndaşlıq xidməti əfqanlardan immiqrasiya müraciətlərinin qəbulunu dayandırıb. Qərar, Ağ Ev yaxınlığında iki Milli Qvardiya əsgərinin güllələnməsi hadisəsini icra edib şübhəli qismində saxlanılan əfqan əsilli Rəhmanullah Lakanvalın araşdırılması ilə əlaqədar verilib.
Hadisə Vaşinqtonda Farragut Square metro stansiyası yaxınlığında baş verib. Hücum zamanı iki hərbçi ağır yaralanıb. Digər qvardiyaçılar müdaxilə edib, şübhəlini saxlayıb və o, daha sonra güllə yarası ilə xəstəxanaya aparılıb.
Rəhmanullah Lakanvalın 2021-ci ilin sentyabrında ABŞ-yə gəlib və 2024-də sığınacaq üçün müraciət edib, bu il təsdiqlənib. Hazırda istintaqla əməkdaşlıq etmədiyi bildirilib.
Prezident Tramp hadisəni “terror aktı” adlandırıb və Afqanıstandan gələn bütün şəxslərin yenidən yoxlanılacağını açıqlayıb. O həmçinin Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri göndərib.
Hazırda şəhərdə təxminən 2 200 qvardiyaçı xidmət edir.
Tramp bu ilin əvvəlində Afqanıstan və daha 11 ölkədən girişə qadağa tətbiq edib, həmçinin əfqanlara müvəqqəti müdafiə statusu proqramını dayandırıb.
BBC
Reyhan Quliyeva