ABŞ-yə məxsus F-16 qırıcısı Kaliforniyada qəzaya uğrayıb
ABŞ-nin Hərbi Hava Qüvvələrinə (USAF) məxsus F-16 qırıcı təyyarəsi Kaliforniyanın cənubunda həyata keçirilən təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə Thunderbirds akrobatika qrupunun tərkibində olan F-16C Fighting Falcon təyyarəsi ilə baş verib.
Nellis Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə San Bernardino əyalətindəki Trona hava limanı yaxınlığında yerə düşüb. Qəza anında pilot katapult edərək xilas ola bilib və San Bernardino yanğınsöndürmə xidməti onun xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Məlumata əsasən, qırıcı Los Ancelesdən təxminən 290 kilometr şimalda yerləşən Tronada, Kaliforniyanın idarə olunan hava məkanında təlim missiyası yerinə yetirirmiş. Qəzanın səbəbləri araşdırılır.
TRT XƏBƏR
Kərimova Xədicə